Gəzmə, dolanma, seyr.
Bağçalarda qurudulur barama,
Naşı təbib məlhəm eylər yarama.
Dedim: Pərim, zülflərini darama,
Könül gəştə çıxar xallara doğru.
(“Qurbani”)
*
Mahmudam, gəştə çıxaram,
Bülbüləm, gülə baxaram,
Adını deməyə qorxuram,
Yanında xan balası var.
(“Mahmud-Niyar xanım”)
*
Dəryanın üzündə gəzirdi gəşdi,
Fələyin qəhəri bizə də keşdi,
Meydanın ölübdü, gəl bala teşdi,
Mən ağlayım, bu meydana vay deyim!
(“Seydi və Pəri”)
Azərbaycan dastanlarının leksikası