Reklam
Reklam

Etimologiya lüğəti

gön

Mənbələrdə (M.Kaşğaridə) bu söz “heyvanın soyulmamış və ya aşılanmamış dərisi” mənasında açıqlanıb (el arasında “heyvanının gönünü al”, yəni “soy” deyir­lər). Aşılanmış dəri isə köğüş adlanıb (görünür, köşə sözü də buradandır). Belə zənn edirəm ki, gön sözü göymək (isti saxlamaq) kəlməsi ilə qohumdur: gön bədəni soyuqdan qorumaq vasitəsi hesab olunub. Kalmıklarda gön yerinə köm işlədilir. Dəridən olan su qabına (vedrəyə) könök deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti