►Bәkarәti pozulmağı, öz iradəsizliyi ucbatından işlәri korlamağı, mәğlub və ya təslim olmağı bildirən ifadə.
İfadә, әslindә, «gülü suya vermәk» şәklindә olmuş, evfemizmә әks olan qanunun – disfemizmin (mәnanı qәsdәn kobudlaşdırmaq, kәskinlәşdirmәk meyli) tәsiri ilә «gönü suya vermәk» şәklinә düşmüşdür.
Mәlumdur ki, adәtәn, qızın ismәti, bәkarәti çiçəklə, güllә müqayisә edilir, bakirə qızlar haqqında «gülü başındadır» deyilir. «Gülü suya vermәk» isә evfemizmdir. «Bәkarәt» anlayışı öz zərifliyi, saflığı, lәkәsizliyi ilә әlaqәdar güllә müqayisə edilir. Şərqin bir sıra xalqlarında bәkarәtin pozulması gülün islanması, sulanması kimi tәsәvvür edilir.
Xalq dilindә «çayın gülünü içmәk» tәzә dәmlәnmiş çayın birinci stәkanını içmәk mәnasında işlәdilir. Habelә «gülünü üzmәk», «gül vurmaq» kimi ifadәlәr dә mәnşәcә «gül» sözünün hәmin mәnası ilә әlaqәdardır.
Bayatıda və xalq mahnısında söylənən «Gülün yarpıza dönsün, mәndәn üz döndәrәn yar» qarğışı diqqәti cәlb edir. Mәnası belә şәrh oluna bilәr: sәn ey vәfasız, üzüdönük yar, әrә getmәyib qocalasan, yarpız kimi quruyub tökülәsәn.
Belәliklә, әslindә, «gülü suya vermәk» şәklindә olan mәcazi obrazlı ifadә «gönü suya vermәk» şәklini almışdır.
Məsəllər, deyimlər