gürçad sözündəndir. Mənbələrdə Gürşad kişi adındakı gur çay, gur axan çay mənasını ifadə edən gür komponenti kür sözü ilə əlaqələndirilir.
Məlum olduğu kimi, kür sözünə türk dillərində olduğu kimi, qədim yunan, latın, ərəb, fars, Qafqazda yaşayan xalqlara məxsus bir sıra mənbələrdə kor, kur, kir, kiri, əl- kurr, mtkuari və s. şəklində rast gəlinir. Araşdırıcıların qənaəti belədir ki. “su, çay” mənası verən kür sözü yerli alban (Qafqaz) tayfalarının birinin dilindən götürülmüşdür. Azərbaycanda yaşayan qrızların və buduqların dillərində hal-hazırda da kur sözü “su, çay” mənasında işlədilir. Türk dillərində isə bu sözün “sürətli, inadkar, güclü” mənaları vardır. “Kitabi-Dədə Qorqud” dastanlarında rast gəldiyimiz “kür qopdu, ərcil qopdu” ifadəsindəki kür sözü də eyni mənadadır. Qədim türk dillərində işlənmiş kür sözü bu gün də Anadolu türkcəsində işlədilən gur/gür sözü ilə eyni mənadadır. Bu gün Azərbaycan dilində də, digər türk dillərində də mövcud şəxs adlarında kür sözü gur/gür biçimindədir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Gürşad antroponimi lüğətlərdə çox bərk və sürətli yağan yağış, iri damlalar şəklində güclü yağan yağış kimi izah edilir. Adın tərkibində qədim türklərin məişətində, dövlət quruluşunda mövcud xan tituluna uyğun şad titulu (bax: – ŞAD) işlənməsi belə bir fikir söyləməyə əsas verir ki, Gürşad kişi adı qüdrətli xan mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti