1. Belində yük daşımaqla keçinən adam. □ ..cəld nökər Cəfəri göndərib iki nəfər hambal çağırtdı.. (S.S.Axundov).
2. Məcazi mənada: döşəmənin altına və ya evin səqfinə qoyulan tir.
3. Məcazi mənada: evin səqfindəki şalbanı saxlamaq üçün onun altına qoyulan paya; dayaq. □ ..Səqfin ortalığından bir hambal verilib ki, tirlərə təkyə olub, onları möhkəm saxlasın. (C.Məmmədquluzadə).