►Tez-tez əsəbiləşən, əsəbi, qıcıqlandırıcı davranışları ilə başqalarını da narahat edən adamlar haqqında işlədilən ifadə.
İfadə fransızca eyni mənanı bildirən sual cümləsindən qaynaqlanaraq geniş yayılmışdır.
Bizim günlərdə də tez-tez işlədilən bu ifadə şeytanın milçəyə çevrilməsi haqqında mövhumi təsəvvürlərdən meydana gəlmişdir. Guya milçək cildinə düşən şeytan insanın burnuna, qulağına, ağzına girərək, yaxud dişləyərək onun qəzəblənməsinə, özündən çıxmasına səbəb ola bilərmiş.
Bəzən gərgin, dilxor, qanı qara olan, tez-tez əsəbiləşən insan haqqında «bunu hansı ilan vurub» ifadəsi də işlədilir.
Məsəllər, deyimlər