Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

haramı1

Qarakilsə

1. Oğru.

2. Talançı, quldur. □ Haramı başın kəsdi.

haramı2

İrəvan

Dərə-təpəli yer.

haramı3

İmişli

Səhra, düzənlik.  Mığan haramı yerdi, dağ-dərəsi yoxdu.

haramı4

Ordubad

Təknə içərisində hazır məhsul yeyən arı. □ Arı pətəyində hazır məhsulu yeyən arıya haramı deyirix'.

Azərbaycan dilinin dialektoloji lüğəti