harun sözündən olub, dilimizdə sərvət sahibi, varlı, dövlətli, inadkar, inad anlamlarını ifadə edir.
Müqəddəs kitab “Quran”da adı çəkilən iyirmi beş peyğəmbərdən biri də Harundur. İslamda Həzrət Musanın böyük qardaşı kimi təqdim edilir. Harun ərəblərdə olduğu kimi, türk xalqlarının məişətində də geniş yayılmış antroponimlərdəndir. Adın daşıyıcıları arasında tarixi şəxsiyyətlərdən olmuş Abbasilər sülaləsinin xəlifəsi Harun (əsl adıdır) ər-Rəşid (fəxri addır) qardaşı əl-Hadinin ölümündən sonra (14 sentyabr 786-cı il) xilafəti ələ keçirmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti