haçim sözündən olub, əzən, qıran, parçalayan, dağıdan mənasındadır.
Azərbaycanda, əsasən, Həşim formasında rast gəlinir. Tarixdən məlum olduğu kimi, Bəni-Haşim çox nüfuzlu nəsillərdən hesab edilən Məhəmməd Peyğəmbərin mənsub olduğu nəslin (Məhəmmədin üçüncü babasının adı Haşim olmuşdur) adındandır. Çox zəngin və nüfuzlu şəxs olmuş Haşim ibn Abd Manaf aclıq illərində Fələstinə un almaga getmiş, aldığı xeyli miqdarda unu Məkkəyə gətirmiş, çörək bişirtdirib, uzun müddətdən bəri ac qalmış insanların mədəsinə ağırlıq düşməsin deyə həmin çörəyi mal ətinin suyunda hazırlatdırdığı sulu xörəyin içinə doğrayaraq əzib ac insanları doyurubmuş. Buna görə də ona Haşim (əzən, qıran, parçalayan) adı verilibmiş. Haşimin ictimai həyatda da fəal işlər gördüyü məlumdur. Öz dövründə qonşu ölkələrlə yüksək səviyyədə əlaqələr qurmuşdu. Yay aylarında Yəmənə, qışda Suriyaya gedirmiş. Azərbaycanda Həşim kişi adına gənc nəsil arasında təsadüf edilməsə də, orta və yaşlı nəsil arasında adın daşıyıcılarına kifayət qədər rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti