1. Yazının rahat oxunması və səhifənin estetik baxımdan gözəl görünməsi üçün qəzet və jurnalda sərlövhə ilə əsas mətn, şəkillə mətn, sütunlar arasında, səhifənin kənarlarında saxlanılan boşluq, ağ yer.
2. Fotoşəkildə və ya televiziya, kino kadrında görüntünün ətrafında, portretin yuxarı hissəsində saxlanılan boşluq, fəza.
3. Səslərin müəyyən vəhdət əmələ gətirən ardıcıllığı; musiqi ahəngi, melodiya.
Musiqidə H. ən xırda, incə detallarla dolu fəza effekti yaradır. Bu «fəza» önə çıxmır, duyulur, pauza yarandıqda daha aşkar hiss olunur. Orkestr çalmağa başlamazdan əvvəl dinləyicinin, tamaşaçının duyduğu, güclə eşidilən səslər H.-ya misaldır. Belə elementlərdən radio və televiziya verilişlərində, audio və videoyazılarda «iştirak effekti» yaratmaq üçün də istifadə olunur.
Jurnalistika terminləri lüğəti