Reklam
Reklam

Məsəllər, deyimlər

HEÇ HƏNANIN YERİDİR?

►Yerinә düşməyən hər hansı bir iş, hәrәkәt vә söz haqqında işlədilən ifadə.

İfadә Üzeyir Hacıbәylinin «O olmasın, bu olsun» komediyasından qaynaqlanır.

İfadə Məşədi İbadın Gülnaz və Sənəmlə olan görüşündəki dialoqda səslənir. Gülnazı ilk dəfə görən Məşədi İbad söhbətə necə başlayacağını bilmir və deyir:

– Xanım, sənin ki saçların bu qədər qaradır, yəqin, sən də mənim kimi həna qoyursan.

Gülnaz əda ilə «xeyr, həna qoymuram» deyir.

Məşədi İbad:

– Hə!.. Çünki mən saqqalıma həna qoyuram, elə bildim ki, sən də saçına həna qoyursan. (Kənara.) Amma lap nahaq yerə hənadan söhbət saldım, heç yeri deyildi, – deyir.

Məhz buna bənzər situasiyalarda yerinə düşməyən və hətta söhbətin, yaxud işin ümumi axarını pozan danışıq və davranış haqqında «heç hәnanın yeridir?» ifadəsi işlədilir.

Məsəllər, deyimlər