Reklam
Reklam

Məsəllər, deyimlər

HƏKİM NAĞININ ATI KİMİ HƏR ADDIMDA DAYANIR

►Yol gedərkən tez-tez ayaq saxlayan, rastlaşdığı adamlarla ehtiyac duyulmadan dayanıb söhbət edən şəxslərə münasibətdə kinayə ilə deyilən ifadə.

İfadə xalq arasında yayılmış əhvalatla bağlıdır.

Nağı adlı təhsilli bir molla eyni zamanda həkimlik də edirmiş. Hər gün səhər tezdən atını minib kəndi qapı-qapı gəzər, hər gördüyü adamın yanında atı saxlayıb hal-əhval tutar, xəstə olub-olmadığını yoxlayarmış. Zaman keçdikcə mollanın atı adətkərdə olub hər adamın yanında, hər qapının ağzında dayanarmış.

Buna görə də yol gedərkən tez-tez dayanan adamlara: «Nağının atı kimi niyə hər addımda dayanırsan?» – deyə müraciət edirlər.

Çox zaman bu rəvayəti Şəkidə yaşamış həkim Nağının adı ilə də bağlayırlar.

Məsəllər, deyimlər