Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

həlqəbəguş

ər. həlqə, fars. guş – qulaq

Qulağı halqalı (qul nəzərdə tutulur). (“Koroğlu” dastanının lüğəti)

Əgər qaldıra bildi, Qara pəhləvan onun meydanına çıxar, yox, əgər qaldıra bilmədi, onda elə bil bu başdan Qara pəhləvanın əlinin altından keçib ona həlqəbəguş olar. (“Koroğlunun Ərzurum səfəri”)

*

Ərəb pəhləvan Qara pəhləvanın əlinin altından keçib, ona həlqəbəguş oldu.  (“Koroğlunun Ərzurum səfəri”)

Azərbaycan dastanlarının leksikası