Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HƏNƏFİ ərəb.

hanafi sözündəndir.

Məlum olduğu kimi, İslam dinində Hənəfi sünnilərin Əbu Hənəfi məzhəbinə – əhali baxımından ən genişi hesab edilən təriqətinə mənsub olanlara deyilir. Hənəfi məzhəbi əsl adı Numan ibn Sabit (699-767) olan tanınmış İslam alimi Şeyxülislam İmam-Əzəm Əbu Hənifənin fikirləri əsasında formalaşmışdır. Hənəfi XX əsrin ortalarından məişətimizdə dəbdən düşmüş şəxs adlarındandır. Adın daşıyıcılarından Hənəfi Zeynallı (1895-1937) XX əsrin əvvəllərində Salman Mümtaz, M.Mahmudbəyov, F.Köçərli və digər ziyalılarımız kimi, Azərbaycan şifahi xalq ədəbiyyatının ilk tədqiqatçılarından olmuşdur. O, 1927-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra ədəbiyyatımızın bir sıra məsələlərinə aid geniş ədəbi-publisistik yazıların müəllifi, tanınmış ədəbiyyatşünas olmaqla yanaşı, Azərbaycan Pedaqoji İnstitutunda müəllim kimi çalışmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti