Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

həqiqət [həqiqət] isim ərəb

1. Doğrudan, həqiqətən olmuş və ya olan şey, hadisə və s; bir şeyin əsli, mahiyyəti, künhü. □ Həqiqəti olduğu kimi danışmaq.
2. Düzlük, vicdan, yaxşılıq, xeyirxahlıq, ədalət. □ Həqiqət aramaq.
3. Həyatda, təcrübədə sınanmış fikir, mülahizə, mühakimə. □ Bu, sınaqdan keçmiş həqiqətdir.
4. Doğrudan da, həqiqətən. □ Bu yerlər həqiqət gözəldir.

See also:

frazeologizm: həqiqətin gözünə dik baxmaq Azərbaycan dilinin izahlı lüğəti