Dövlət tərəfindən xüsusi mühafizə olunan və mətbuatda açıqlanması qadağan edilən hərbi xarakterli məlumatlar.
H.S. – dövlət sirrinin əsas tərkib hissəsidir. Azərbaycan qanunvericiliyinə görə, H.S.-lərə silahlı birləşmələrin quruculuq planları, strateji və əməliyyat planları, döyüşü idarəetməyə dair sənədlər, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, taktiki-texniki xarakteristikaları, xüsusi əhəmiyyətli obyektlərin yeri, təyinatı, müdafiəolunma dərəcəsi, qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətin sayı və s. haqqında informasiyalar aiddir.
Tarix terminləri lüğəti