Reklam
Reklam

Tarix terminləri lüğəti

hərəm

ər. – toxunulmaz yer, müqəddəs yer, ziyarətgah

Şəriət qanunları və xalq adətinə görə, müqqəddəs yerlər, ictimai binalar və ümumi istifadədə olan digər obyektlərin ətrafında yabançılaşdırılması yasaqlanan ərazi.

Həmin obyektlərdən (kanalların, körpülərin, su quyularının və s.) əhalinin sərbəst istifadəsinə mane olmamaq məqsədilə H. sayılan ərazilərdə tikinti işləri aparmaq, onları əkib-becərmək, burada digər fəaliyyətlə məşğul olmaq qadağandır.

Tarix terminləri lüğəti