Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

hərif ərəb

1. Gözə tanış gəlməyən, şübhəli görünən tip.

2. Alçaq, yaramaz (adı çəkilməyə layiq olmayan).

3. Rəqib. (“Koroğlu” dastanının lüğəti)

Koroğlu məsələni başa düşdü. Bildi ki, hərif ona meydan oxuyur. (“Dəmirçioğlunun Çənlibelə gəlməyi”)

*

– Əyə, hazır olun! Hərif, deyəsən, day cana doyub, yola düşmək istəyir. (“Eyvazın Çənlibelə gətirilməyi”)

*

Koroğlu hərifin sözlərini başa düşdü. (“Hasan paşanın Çənlibelə gəlməyi”)

Azərbaycan dastanlarının leksikası