1. Öz işi, verilən tapşırığı yerinə yetirməsi, yaxud apardığı tədqiqatın nəticəsi və s. haqqında məsul şəxsə, ya kollektivə, təşkilata və s. verilən yazılı və ya şifahi rəsmi məlumat. □ İllik hesabat. Şöbənin hesabatı.
2. Bir şey və ya iş haqqında izahat, geniş məlumat. □ ..Elə bilirəm ki, kişinin arvada hesabat verməsi məcburi deyildir. (B.Bayramov).
3. Maliyyə. Buraxılmış pulun xərclənməsi haqqında sənəd. □ Maliyyə hesabatı.