Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

heyvərə [heyvərə] sifət

1. Kobud, qanmaz, ləyaqətsiz, tərbiyəsiz, ədəbsiz, zırrama, ağzıyava, ağzıpozuq. □ Heyvərə adam.
2. İsim kimi: kobud, qanmaz, ləyaqətsiz, tərbiyəsiz, ədəbsiz, zırrama, ağzıyava, ağzıpozuq. □ Heyvərənin biridir.
3. Vulqarizm. Bəzən söyüş kimi işlədilir. □ ..Yalan danışma, heyvərə, mənim öz atlarım harada qalmışdı ki, səndən at istəyə idim. (N.Vəzirov).
4. Yekə, zorba, nataraz, yöndəmsiz. □ Qamışın qalın bir yerində heyvərə bir çaqqal yerə sərilmişdi. (M.Rzaquluzadə).
5. Zərf kimi: avara-avara, boş-boş, avara-sərgərdan. □ Dəxi ol sərvi-qədin kuyinə cənnət deyibən; Gəzmərəm küçələri heyvərə bundan sonra. (S.Ə.Şirvani).

Azərbaycan dilinin izahlı lüğəti