1. Müdrik söz, dərin fikir, dərin məna, müdriklik, dərinlik; ibrətamiz, nəsihətli söz, kəlam. □ Hikmətdən sual olmur. (Atalar sözü).
2. Məcazi mənada: anlaşılmaz şey, gizli səbəb, sirr, müəmma. □ ..alimlər oraya dolmuşlar ki, zəlzələnin hikmətlərini mümkün qədər öyrənsinlər. (C.Məmmədquluzadə).
3. Keçmişdə fəlsəfəyə, təbiət elmlərinə, xüsusən fizikaya verilən ad. □ Mən tarixi-nadir kitabını yarısına qədər oxumuşam, ona görə hikmət elmindən yaxşı biliyim vardır. (Ü.Hacıbəyli).