yun. hymnos – tərif, vəsf
Müəyyən varlığı və ya dəyəri vəsf edən təntənəli nəğmə.
Himnlər inqilabi, hərbi, dini, siyasi və s. mövzularda olur. XIX əsrdən başlayaraq himn dövlətlərin rəmzi, əsas atributlarından biri kimi qəbul edilib. Hər bir müstəqil ölkənin öz himni var. Himn, əsasən, bayram şənliklərində, siyasi nümayişlərdə, rəsmi dövlət qəbullarında, beynəlxalq idman yarışlarında ifa edilir. Azərbaycan Respublikasının Dövlət himninin sözləri Ə.Cavadın, musiqisi isə Ü.Hacıbəylinindir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti