hipo... + yun. derma – dəri
Dərinin epidermis qatının altında yerləşən xüsusi dəri qatı.
H. onurğasız heyvanlarda, adətən silindrik epitelinin nazik qatıdır. H. hüceyrələrinin sekretor fəaliyyəti nəticəsində əmələ gəlir. Müxtəlif dəri vəziləri, hiss və toxuma tükcükləri H.-da yerləşir. Bitkilərdə gövdə, yarpaq, toxum və meyvələrin epidermisi altında yerləşən bir və ya bir neçə hüceyrə qatıdır.
Biologiya terminlərinin izahlı lüğəti