lat. humanitas – insanlıq > humanus – insani > homo – insan
İnsansevərlik, insanpərvərlik, insan ləyaqətinə hörmət kimi prinsiplərin məcmusu.
Humanizm prinsipləri İntibah dövründən başlayaraq bir çox əsərlərin əsas leytmotivini təşkil edib. Daha qədim dövrdə də mənəvi dəyərlər tərənnüm edilib, lakin onlar, əsasən, yüksək ictimai təbəqənin insanlarına xas olan keyfiyyətlər kimi qələmə verilib. Humanizmin əsas mahiyyəti olan insana dəyər vermək prinsipinə N.Gəncəvinin Fitnə (“Yeddi gözəl”) obrazını misal göstərmək olar. Humanizm motivləri İmadəddin Nəsiminin yaradıcılığında öz zirvəsinə çatır. İnsanı ali varlıq kimi təqdim edən böyük şairin əsərləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq xalqları ədəbiyyatında dünyəviliyə və humanizmə doğru atılan bir addım idi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti