Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

iadə

Bir misra və ya beytin son kəlməsi ilə sonrakı misranın ilk kəlməsinin eyni olduğu şeir şəkli.

Divan ədəbiyyatında çox da geniş yayılmayan bu şeir şəklinin ən kamil ustalarından biri Məhəmməd Füzulidir:

Ey vücudi-kamilin, əsrari-hikmət məsdəri,

Məsdəri-zatın olan əşya sifatın məzhəri.

Məzhəri hər hikmətin sənsən ki, kilki-qüdrətin

Səfheyi-əflakə nəqş etmiş xütuti-əxtəri.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti