İnsanı əhatə edən maddi və mənəvi aləm, cəmiyyət; bir-biri ilə qarşılıqlı əlaqədə və vəhdətdə olan hadisələrin, proseslərin məcmusu.
Sosiologiya elmi İ.H. anlayışını sözün geniş mənasında «cəmiyyət» məfhumunun sinonimi kimi izah edir və jurnalistikanı İ.H.-ın dinamik sahələrindən biri kimi nəzərdən keçirir. Jurnalistikanın sosiologiyasında isə media məhsulu İ.H.-ı dərk etməyin mühüm mənbəyi olaraq araşdırılır.
Jurnalistika terminləri lüğəti