İctimai yayımçının səlahiyyətlərini həyata keçirən, onun proqramlarının qanunda göstərilən meyarlara, peşə və texniki standartlara uyğun hazırlanmasına nəzarət edən orqan.
İ.Y.Ş. ictimai yayımçının nizamnaməsini, əsasnaməsini, proqram strategiyası və siyasətini, vəzifə təlimatları və tənzimləyici normalarını, büdcəsini və illik hesabatını təsdiq edir, rəhbərlərini seçir, texniki avadanlığın və yayımın keyfiyyət standartlarını müəyyənləşdirir, verilişlərin monitorinqini keçirir və s. Şura öz fəaliyyəti barədə hər ilin sonunda ictimaiyyətə hesabat verir. İ.Y.Ş.-nın üzvləri Elmlər Akademiyası, Mətbuat Şurası, Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri, idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları nümayəndələri arasından parlament tərəfindən seçilir.
See also:
Jurnalistika terminləri lüğəti