1. Hər hansı bir iş (dövləti, elmi, ictimai, ticarət, təsərrüfat və s.) sahəsinə baxan, müəyyən ştatı, müdiriyyəti olan təşkilat. □ Dövlət idarələri.
2. Hər hansı bir iş (dövləti, elmi, ictimai, ticarət, təsərrüfat və s.) sahəsinə baxan, müəyyən ştatı, müdiriyyəti olan təşkilat və ya orqanın yerləşdiyi bina. □ İdarə saat 9-da açılır.
3. Rəhbərlik etmə, rəhbərlik, başçılıq. □ Özünü cilovlaya bilməyən, özgəni də idarə edə bilməz. (Atalar sözü).
4. Dilçilik. Tabeedici sözün tələbinə görə tabe sözün müəyyən hallara düşüb dəyişməsi. □ İdarə əlaqəsi.
See also: