Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

iddia [iddiya] isim ərəb

1. Tələb. □ Üz göstərsən, qohumluq iddiası eylər. (Atalar sözü).
2. Haqlı-haqsız bir fikrin üstündə inad etmək, bir şeyi başqalarına da qəbul etdirməyə çalışmaq. □ Xəşil bişirmək bilmir, aşpazlıq iddiası edir. (Atalar sözü).
3. Özünə isnad etdiyi bir keyfiyyətin, sifətin başqaları tərəfindən də qəbul və təsdiqinə çalışma, özü haqqında böyük fikirdə olma. □ İddiası böyükdür.
4. Lovğalıq, təşəxxüs, təkəbbür, özünü yüksək tutma. □ Rəmmaldır, peyğəmbərlik iddiası eləyir. (Atalar sözü).

See also:

frazeologizm: iddiasına düşmək Azərbaycan dilinin izahlı lüğəti