Reklam
Reklam

Tarix terminləri lüğəti

İkinci cəbhə

II Dünya müharibəsində ABŞ və Böyük Britaniyanın 1944-cü il iyunun 6-da Normandiyaya (Fransanın şimal-qərbi) desant çıxarması ilə nasist Almaniyasına qarşı başlanan hərbi əməliyyatlar.

1942-ci ildə SSRİ, ABŞ və İngiltərə təmsilçilərinin London və Vaşinqtondakı danışıqları gedişində Avropada İ.C.-nin açılması haqqında razılaşma əldə edilib. Burada məqsəd alman ordusunu iki hissəyə parçalamaqla Şərq cəbhəsində vuruşan sovet qoşunlarının vəziyyətini asanlaşdırmaq olub. İ.C. həmin vəzifənin öhdəsindən gəlib. Belə ki, Hitler alman diviziyalarının təxminən 1/3-ni İ.C.-də cəmləşdirməyə məcbur olub.

Tarix terminləri lüğəti