Yalnız ölkənin iki aparıcı partiyasının seçkiləri udmaq və hakimiyyətə gəlmək üçün real şansa malik olduğu siyasi sistem.
Belə sistemdə seçkilərdə üstünlük əldə etmək şərti ilə iki partiya növbəli şəkildə hakimiyyətdə bir-birini əvəzləyir. ABŞ-ın siyasi idarəçilik forması İ.S.-in təcrübədə tətbiqinin klassik nümunəsi sayılır. Bu ölkədə prezident postuna iki partiyanın – respublikaçıların, yaxud demokratların nümayəndələri yiyələnirlər. Uzun müddət Böyük Britaniyada da mühafizəkar və leyborist partiyalarından ibarət İ.S. mövcud olub. Lakin son dövrlərdə həmin sistem faktik olaraq dağılıb.
Tarix terminləri lüğəti