►İnsanın şüurunun hələ formalaşmadığı, heç nəyi tanıyıb dərk eləmədiyi, qorxmadığı, qorxu və təhlükənin nə olduğunu bilmədiyi körpəlik çağı.
İfadə körpə uşağın ilanı boğub öldürməsi barədə əfsanədən qaynaqlanır.
Qədim Misirdə yayılmış bu əfsanəyə görə, ilah İsidanın oğlu Xor hələ körpə ikən ilanı boğub öldürmüşdü. Bir sıra xalqların eposlarında (Avropada Herakl, Şərqdə Huşənək və b.) da kiçikyaşlı, körpə uşaqların ilanı boğduqlarından bəhs olunur ki, yuxarıdakı ifadənin yaranması bununla əlaqədardır.
Azərbaycanda xalq arasında da bu ifadə geniş yayılıb. Daha çox balaca uşağın qorxmaz çağıyla əlaqədar danışıq dilində tez-tez işlədilir. Elə ədəbiyyatda da sözügedən ifadəyə tez-tez müraciət olunur. Publisistik yazılarda da obrazlı deyim kimi bu ifadədən gen-bol istifadə olunur.
«İlanboğan» sözü ilə yanaşı, dilimizdə «ilanoynadan», «ilanın quyruğunu tapdalamaq», «ilanın ağına da, qarasına da lənət», «ilana zəhər verən kərtənkələ» və s. ifadələr də işlədilir.
Məsəllər, deyimlər