1. Birinci, əvvəlinci, ən əvvəl olan, ən qabaq; lap birinci, lap əvvəl. □ İlk gün.
2. İsim kimi: əvvəl, başlanğıc, ibtida. □ Dünyada hər könül yüksəliş arar; Varlığın nə ilki, nə axırı var. (S.Vurğun).
3. Başlıca, əsas, ən vacib, ən mühüm. □ Elimin olsa da aslan ürəyi; Ehtiyatdır igidin ilk bəzəyi. (A.Şaiq).
4. İsim kimi: ilki şəklində – ananın ilk uşağı, övladı. □ Hər kimin ilki dursa, mülkü də durar. (Atalar sözü).
See also: