ilk sözünün iki mənası vardır: 1. Birinci, əvvəlinci, ən əvvəl, ən qabaq (son sözünün antonimi); 2. Başlıca, əsas, ən vacib, ən mühüm olan.
İlk sözü birinci mənada, türk xalqlarının antroponimik vahidlər sistemində mürəkkəb şəxs adlarının komponenti kimi çıxış edir. Bu gün artıq əminliklə demək olar ki, dilimizdə ərəb-fars mənşəli adların nəfinə çoxalan türk mənşəli adların əvvəlində işlənən ilk sözü birinci, yəni ən əvvəl mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti