Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

iltimas ərəb.

Xahiş, rica. (“Koroğlu” dastanının lüğəti)

Atlanıban gələn türkmanlı bəylər,

Qaldırar göylərə tozu bədöylər,

Telli xanım səndən iltimas eylər,

Əcəm oğlu, çəkilgilən bu yerdən!

                         (“Koroğlunun Ərzurum səfəri”) (“Dəli-Hasanbala”)

                                *

Bir adam göndərin gəlsin yanıma,

Yetişmədim qoşununa, xanına,

İltimas eləyin nəzər xanıma,

. . . sədəf qollar necə oldu?

                       (Gürcü əlifbası ilə yazılmış əlyazması)

                               *

Molla çox yalvarıb iltimas edib dedi:

– Başına dolanım, ağa, bayaq hulqumumdan elə möhkəm yapışdın ki, qorxudan başımı itirib heç bilmədim nə yazdım. İcazə ver, sən istədiyin kimi yazım. (Paris nüsxəsi, 4-cü məclis)

See also:

Azərbaycan dastanlarının leksikası