İmam adı və fars. zada sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Dilimizdə İmamzadə sözü imamların, övliyaların və onların övladlarının basdırıldığı yer, ziyarətgah mənasındadır.
İmamzadə (bax: ad – İMAM; ZADƏ) kişi adı imamın oğlu, imam övladı, etiqaddan törəmiş anlamındadır. İmamzadə adı ilə əlaqədar “İmamzadə”, yaxud “Göy İmam türbəsi” adlanan (günbəzə mavi kaşıdan çəkildiyindən belə adlanır) müqəddəs ocaq Gəncə şəhərinin təqribən 7 kilometrliyində yerləşir. Qədim Gəncənin xarabalıqları yaxınlığında VIII əsrə aid tarixi memarlıq abidəsi “İmamzadə” Azərbaycan ərazisindəki müqəddəs ziyarətgahlardan biridir. İnşa edildiyi dövrdən türbə həddən çox anılan müqəddəs yerlərdən biri olmuşdur. Xüsusən aşura mərasimləri zamanı bura on minlərlə müsəlmanın toplaşması barədə məlumatlar mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti