İman və azərb. Verdi adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Məlum olduğu kimi, Azərbaycan antroponimikasında dünyaya göz açan körpənin Allahın, Tanrının, müqəddəs hesab edilənlərin hədiyyəsi, bəxşişi, bəxş etməsi anlamında kifayət qədər kişi adları mövcuddur. Məsələn, Allahverdi (bax: ad – ALLAHVERDİ), Xudaverdi (bax: ad – XUDAVERDİ), Tan- rıverdi (bax: ad – TANRIVERDİ) və s. Bu qəbildən adlar sırasında olan İmanverdi (bax: ad – İMAN; VERDİ) kişi adı nəhayət məqsədinə, məramına çatmaq mənasındadır. Dünyaya göz açan oğul övlada İmanverdi adını qoyan valideynlər, əzizlər duaların, xahişlərin eşidildiyini, mərama yetdiklərini ifadə edirlər.
Azərbaycan şəxs adlarının izahlı lüğəti