imran (əslində ümran) sözü dilimizdə məskunlaşmaq, yaşam, abadlıq, tərəqqi, rifah, mədəniyyət, həmçinin çiçəklənmə mənalarını ifadə edir.
Mənbələrdə “Kitabi-Dədə Qorqud” dastanlarındakı Amran adı ilə, qədim uyğur dilində olan “əmrak” (dostluq), monqol dilində “amarak” (dost), altay dilində “amur” (sakitlik) sözləri ilə eyni kökdən olması ilə bağlı ehtimallara da rast gəlinir.Əslində İmran kişi adı müqəddəs kitab ”Quran”dan məlum adlardandır. “Quran”da ayələrdən biri “İmran ailəsi (nəsli)” adlanır. Həm də nəql olunan hekayətdən İmranın Məryəmin atası olduğu da aydınlaşır. İmran kişi adı bu gün Cənubi Qafqazın hər üç respublikasında yaşayan xalqların məişətində mövcud kişi adları sırasındadır. İmran (Amran, Amiran, Amrani) şəxs adı məişətimizdə geniş yayılmış kişi adlarındandır. Adın məşhur daşıyıcılarından biri də yazıçı, XX əsrin görkəmli dramaturq və kinossenaristi, Dövlət mükafatı laureatı, Xalq Yazıçısı İmran Qasımovdur (1918-1981). Ədibin yaradıcılığında əsas yerlərdən birini tutan əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edən “Uzaq sahillərdə” filmi əlli ildən artıqdır ki, xalq tərəfindən sevilir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti