Reklam
Reklam

Tarix terminləri lüğəti

infant

isp., port. infante < lat. infans – gənc, uşaq

Taxt-tacın birbaşa varisləri istisna olmaqla İspaniyanın və 1910-cu ildə monarxiyanın ləğvinə qədər Portuqaliyanın kral ailələrində şahzadələrin titulu.

XIV əsrdən başlayaraq bu ölkələrdə yalnız taxt-tacın birbaşa varisləri şahzadə adlandırılıb, kral ailəsinin digər üzvləri isə İ. titulu daşıyıblar.

Tarix terminləri lüğəti