lat. “instintus” – oyanmaq
Heyvanlarda mürəkkəb şərtsiz refleks və davranışların məcmusu.
İ. heyvan orqanizmlərinin hazır davranış reaksiyaları ilə təmin edir. İ.-lər nəsildən nəslə ötürülür. İ.-lər situasiyadan, yaxud vəziyyətin dəyişilməsindən asılı olmayaraq orqanizmin eyni cür təkrar etdiyi hərəkət refleksləridir. Bal arılarının şanı qurması, quşlarda kompas qabiliyyəti, balıqlarda miqrasiyalar və s. İ.-lərə aiddir.
Biologiya terminlərinin izahlı lüğəti