yun. hippodromos < hippos – at + dromos – qaçış, qaçış üçün yer
Qədim Yunanıstan və Romada, eləcə də müasir dövrdə atçılıq idmanı yarışlarının keçirilməsi üçün nəzərdə tutulmuş tikililər kompleksi.
İlk İ.-lar bizim eradan əvvəl Yunanıstan və Romada inşa olunub. Antik dövrün ən böyük İ.-unun (203–330) qalıqları hazırda İstanbulda yerləşir.
Tarix terminləri lüğəti