1. Bax: sitat.
2. Hər hansı mövcud ədəbi əsərin məzmun və süjetindən istifadə etməklə yeni əsərin yaradılması.
Dünya ədəbiyyatında İ. faktları kifayət qədər çoxdur. Məsələn, Lafonten Ezopun təmsillərindən, Krılov Lafontenin, Sabir isə Krılovun təmsillərindən İ. yolu ilə milli ədəbiyyatın faktı olan yeni əsərlər yaradıblar. S.Ə.Şirvani Sədi Şirazidən və folklor ədəbiyyatımızdan bir çox İ.-lar edib. Bu terminlə, eləcə də onun təbdil və nəzirədən fərqi ilə bağlı ədəbiyyatşünaslıqda müxtəlif fikirlər vardır. Məsələn, prof. Ə.Mirəhmədov başqa əsərdəki motivlərdən istifadə etməklə tamamilə yeni, orijinal əsər yaradılmasını İ. hesab etmir. Füzulinin “Leyli və Məcnun” əsərinin Nizamidən İ. və ya ona nəzirə olması ədəbiyyatşünaslar arasında mübahisə doğurur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti