Reklam
Reklam

Etimologiya lüğəti

irtləşmək

Dialektlərdə ittəşmək, irttəşmək formalarında “mübahisə etmək, söz qay­­tarmaq, müsahibin sözünü ağzında qoymaq” anlamlarında işlədilir. Qədim mən­bə­lərdə ir sözü dodaq sözünün sinonimi kimi verilib. İndi tatarlar dodağa “iren” de­yirlər. İrtləşmək məhz ir (dodaq) sözü əsasında yaranıb, “cavab qay­tar­maq” de­məkdir. İrişmək feili də ir (dodaq) sözü ilə qohumdur: “dodağın qaçması” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti