Reklam
Reklam

Etimologiya lüğəti

işıq

1. İ-lıq, i-şıq, i-sti sözləri göstərir ki, qədim kök i-dən ibarətdir. İşıltı sözü göstərir ki, kəlmə təqlidi sözdür. Mənbələrdə yışı (işı) feili var və ruscaya “сверкать” kimi tər­cümə olunub. Deməli, işıq işımaq (сверкать) feilindən düzəlmiş isimdir, “parıltı (od)” anlamı ilə bağlıdır. Maraqlıdır: işartıişıltı sözlərinin kökü özünü sifət (iş-ar-tı) və təqlidi söz (işıltı) kimi biruzə verir, amma mənaca ciddi fərqlənirlər. İşıq sözün­də isə kök feildir. Hamısı semantik baxımdan is (isti) kökünə gedib çıxır.

2. İsti, ütü, ilıq, alov, tütün, işıq, his, şam sözlərinin qədim kökünün bir olması haq­­qın­da müla­hizə söyləməyə dəyər. Şam sözü, əslində, ərəb dilinə türk dilindən ke­çib və işıq sözü ilə qohumdur. Tütüntüstü eyni sözün dəyişmiş formalarıdır. Mənbələrdə tut feili ruscaya “дымить” kimi tərcümə olunub, sərsərin qəlibi üzrə də tuttü­tün əmələ gəlib. Bunların hamısı “od” mənasını verən bir mən­bə­dən (ört, öt, üt) törəmə sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti