ittifaq sözü Azərbaycan dilində ayrı-ayrı şəxslərin, qrupların, cəmiyyətlərin, siniflərin, bəzən də dövlətlərin, millətlərin, xalqların birləşməsi, sıx əlaqəsidir.
Məlum olduğu kimi, 1922-ci ildə Rusiya tərəfindən əslində xalqların iradəsi xaricində on iki dövlətin daxil edildiyi Sovetlər İttifaqı yaradılmışdı. Bu dövrdə ideologiyanın diktəsi ilə yeni adlar da yaradılırdı. Belə adlar sonradan uzunömürlü olmadı. İttifaq da bu qəbildən olan şəxs adlarındandır. XX əsrin ortalarından unudulmuş adlar sırasındadır. Bu gün adın daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti