Reklam
Reklam

Etimologiya lüğəti

iydə

Bunu çöl zeytunu adlandırıblar. Çiçəyinin ətri əsasında adını yidə (yid –“iy” demək olub) qoyublar. Yıdan –“iyverən”, yıdlıq –“ətirli” mənalarında işlədilmiş sözlər olub, iydə sözü yidan (iy verən) kəlməsinin dəyişmiş formasıdır (Bəzən Xalidə adını da iydə sözü ilə bağlayırlar. Guya üzündəki xal iydənin meyvəsini xatırladır. Əslində, bu, xalid sözü ilə bağlıdır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti