Cücülər sinfinə aid olan növ.
Qarıncığı nazik və uzundur. Qanadları torşəkilli, başı iri və çoxhərəkətli, gözləri iri və zümrüd rəngində, ağzı gəmiricidir. Sürfəsi və özü yırtıcıdır. Qonur, açıq-mavi, qızılı-sarı, yaşıl və firuzəyi rənglərdə olurlar. Yumurtasını su bitkilərinin üzərinə qoyurlar. İ.-lər çay və göllərin kənarlarında fırlanaraq çoxlu ağcaqanad və milçək ovlayır.
Biologiya terminlərinin izahlı lüğəti