Reklam
Reklam

Fizika terminlər lüğəti

İZOTROPLUQ izo... + yun. trópos – istiqamət

Mühitin fiziki xassələrinin istiqamətdən asılı olmaması; izotropiya.

Qazlar, mayelər, amorf bərk cisimlər və nisbətən böyük ölçülü bircins polikristallar bütün fiziki xassələrinə görə izotropdur. Kristal bərk cisimlər, adətən, anizotrop olur. Lakin simmetrikliyi yüksək olan kristalların da bir sıra fiziki xassəsi (elektrikkeçirmə, istidəngenişlənmə əmsalı və s.) istiqamətdən az asılıdır.

Fizika terminlər lüğəti