Medianın müxtəlif sahələrində çalışmaq üçün ixtisaslı kadrlar hazırlayan, jurnalistikaya dair nəzəri biliklər verən və praktik vərdişlər aşılayan təlim-təhsil sistemi.
J.T. ali məktəblərdə, uzunmüddətli kurslarda verilir və qısamüddətli ixtisasartırma kurslarında, treninqlərdə, master-klaslarda, seminarlarda davam etdirilir. Özünütəhsil də jurnalistikada kifayət qədər geniş yayılmış təhsil formalarından biridir. Jurnalistlər üçün ilk ali təhsil müəssisələri XIX əsrin ikinci yarısında ABŞ-da, Almaniyada, XX əsrin 20-ci illərində digər Avropa və Asiya ölkələrində yaradılıb. Azərbaycanda jurnalistika təhsilinin tarixi 1929-cu ildə BDU-da jurnalistika bölməsinin yaradılması ilə başlayır.
Jurnalistika terminləri lüğəti