qazax. jüz – ittifaq, çox vaxt omonimiyaya görə səhvən “yüz” kimi tərcümə olunur
Qazaxların tarixən formalaşmış tayfa birlikləri.
Şərq qaynaqlarında J. haqqında ilk məlumatlara XVII əsrin ortalarında rast gəlinir. Lakin J.-ların yaranma vaxtı və səbəbləri, eləcə də daxili strukturu barədə tədqiqatçılar bu günə kimi yekdil fikrə gələ bilməyiblər. Qazax tarixçisi Ç.Vəlixanovun fikrincə, Qızıl Ordanın süqutu dövründə qazaxlar geniş otlaq sahələrini əldə saxlamaq məqsədilə bü tip böyük tayfa ittifaqları yaradıblar. Rus şərqşünası V.Bartold J.-un yaranmasını coğrafi amillərlə əlaqələndirir. Qazax türkoloqu S.Amanjolov isə J.-ların hələ X–XII əsrlərdə meydana gəldiyini göstərir. Cəmi 3 J. – Böyük J., Orta J. və Kiçik J. mövcud olub.
See also:
Tarix terminləri lüğəti